“Toyota” XXI əsrin əlil arabalarının ixtirası üçün müsabiqənin finalçılarını təqdim edib

130

“Toyota” şirkəti “Mobility Unlimited Challenge” müsabiqəsinin finalçılarının siyahısını açıqlayıb. Fiziki imkanları məhdud olan insanların hərəkətinin təmin edilməsinin daha mütərəqqi variantlarının tapılmasına həsr olunmuş müsabiqə üç il davam edib.

NUHÇIXAN xəbər verir ki, 4 milyon dollar məbləğində mükafat fondu daha rahat əlil arabası ixtira edənlər üçün nəzərdə tutulub.

Layihələr siyahısından beş ən perspektivlisi seçilib. İndi müsabiqənin ən mürəkkəb hissəsi keçirilməlidir. Öz ixtiralarının praktiki nümunəsini yaratmaq və onu real şəraitdə sınaqdan keçirmək üçün layihə sahiblərinin hər birinə 500 min dollar vəsait veriləcək. Bunun üçün finalçılara 2 ildən az vaxt ayrılıb. Müsabiqəyə 2020-ci ildə yekun vurulacaq. Qalibi bir milyon dollar məbləğində mükafat və tarixə düşmək üçün potensial şans gözləyir. Həmin il Paraolimpiya Oyunları keçiriləcək. Odur ki, müxtəlif ölkələrdən olan əlil idmançılara yeni hərəkət vasitələri lazım gələ bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: