Dəvətikanının qurudulmuş kökünü çay kimi dəmləyib içmək faydalıdır

185

Dəvətikanı bir növ səhranın meşə zolağı sayılır. Açıq şəraitdə qum sürüşüb səhraya düşür, dəvətikanı isə dərin kökləri ilə qum axınlarının qarşısını alır. Hətta Abşeron şəraitində böyük həyətyanı sahəsi olanlar dəvətikanını kəsib qurudur, onları bir-birinə calayıb uzun məftiləbənzər bir dolaq yaradır, sonra isə quma batırırlar ki, qum axınlarının qarşısı alınsın.

NUHÇIXAN xəbər verir ki, Abşeron yarımadasında dəvətikanından ən çox meyvə qurudulanda istifadə edirlər. Soyuducunun olmadığı vaxtlarda qışa ehtiyat yığmağa ehtiyac yaranırdı. Dəvətikanı yığılır və qurudularaq sıxılırdı. Yay vaxtı onun üstündə əsasən əncir qurudulurdu. İstər ənciri, istərsə də digər meyvələri qurudarkən onun hər tərəfdən yaxşı hava alması təmin edilməlidir. Təbii şəraitdə dəvətikanı həmin funksiyanı çox gözəl yerinə yetirir. Ən keyfiyyətli əncir qurusu sıxılmış dəvətikanının üstündə yetişdirilir.

Tibdə bitkinin yerüstü hissəsindən, bəzən də meyvə köklərindən istifadə edilir. Bitkinin tikanlı üst hissəsi, çiçəkləri və kökü müalicə vasitəsi kimi yararlıdır, lakin onun toxumları ilə əlaqədar heç bir təcrübə aparılmayıb. Çox güman ki, onu qurudarkən toxumlarından da istifadə edilir.

Dəvətikanının tikanlı yarpaqlı hissəsi adətən çay kimi dəmlənilir və spesifik, bir qədər də turş dada malikdir. Ödqovucu, tərqovucu və hərarətsalıcı xassəsi var. İshal, dizenteriya və babasildə tətbiq olunur. Quru yarpaqlarından dəmlənən çay mədə və onikibarmaq bağırsaq xorasında yaraları sağaltmağa kömək edir.

Böyrəkdə və öd kisəsində daş olanda, o cümlədən tərqovucu və sidikqovucu kimi dəvətikanının kökünü suda dəmləyib içmək olar. Bitkinin qurudulmuş kökü çay kimi dəmlənilib içiləndə hərarəti aşağı salır. Ondan hazırlanan dəmləmədən hemerroy, irinli yaralar, ekzema və s. zamanı xaricə vanna, yuyunma, islatma şəklində istifadə edilir. Bu zaman bitki iltihab əleyhinə və büzücü təsir göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: