Ötən il Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin ünvanına 70 müraciət daxil olub

167

NUHÇIXAN xəbər verir ki, Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında müzakirə olunan məsələlər və qarşıda duran vəzifələr ilə əlaqədar Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında yığıncaq olub.

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova 2018-ci ildə görülmüş işlər barədə məruzə ilə çıxış edib. Bildirilib ki, muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər 2018-ci ildə də davam etdirilib. Müvəkkil bu sahədə fəaliyyətini daxil olan müraciətlərin araşdırılması, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, preventiv mexanizm funksiyasının icrası, dövlət orqanları, beynəlxalq qurumların  Azərbaycan üzrə ofisləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirib. 2018-ci ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 70 müraciət daxil olub. Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılıb və daxil olan müraciətlər cavablandırılıb. 2018-ci ildə Müvəkkilin Preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 31 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 80 başçəkmə həyata keçirilib, preventiv mexanizm və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə keçirilən maarifləndirmə tədbirlərində 1300 nəfər iştirak edib.

Ülkər Bayramova  qeyd edib ki, 2019-cu ildə də Müvəkkil Aparatı müvafiq sahələr üzrə fəaliyyətini davam etdirərək dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edilən müsbət təcrübənin daha da inkişaf etdirilməsi və mütəmadi təkmilləşdirilməsi istiqamətində səylərini artırmalıdır.

Sonra məruzə ətrafında çıxışlar olub.

                                                        Xanım Rüstəmzadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: