Sinoptiklərdən xəbərdarlıq: Küləkli hava şəraiti davam edəcək

118

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yanvarın 11-i gündüzdən 12-si gündüzədək cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında da yanvarın 11-i və 12-də qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 11-i gündüzdən 12-si gündüzədək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi proqnozlaşdırılır ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: