NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Culfa Rayon Mərkəzi Xəstəxanasında humanitar tibbi aksiya keçirilib.
Aksiya zamanı yüksək ixtisaslı həkim briqadası cərrahi müdaxiləyə ehtiyacı olan 26 nəfər üzərində uroloji, proktoloji, burun, qulaq, boğaz və başqa əməliyyatlar aparıblar. Əməliyyatların həyata keçirilməsində 30-a yaxın tibbi heyət iştirak edib. Bundan başqa xeyli sayda vətəndaş müayinədən keçirilib.
Vüsal Muradov
NTV Xəbər