İngiltərə kuboku: “Tottenhem” ilk oyunda “Çelsi”ni məğlubiyyətə uğradıb

125

Yanvarın 9-da İngiltərə kubokunun yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

NUHÇIXAN xəbər verir ki, “Uembli” stadionunda oynanılan matçda “Tottenhem” klubu “Çelsi”ni qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini həll edən qol 26-cı dəqiqədə Hari Keyn tərəfindən vurulub.

Bu komandalar arasında cavab qarşılaşması yanvarın 22-də keçiriləcək.

Qeyd edək ki, digər yarımfinal görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Həmin görüşdə “Mançester Siti” üçüncü divizyonda çıxış edən “Barton Albion”u qəbul edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: