Şərurda qədim tütünçülük ənənəsi bərpa edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərur rayonun Düdəngə kəndində bu ildən tütün becəriləcək. Bu məqsədlə 1 hektarlıq sahədə Türkiyədən gətirilən xüsusi keyfiyyətli “İzmiroriental” tütün sortunun əkininə başlanıb. Yüksək məhsuldarlığı ilə seçilən bu tütün sortunun yetişmə müddəti 2 aydır. Əkini “Cahan Tabaccoİnternational” MMC-nin əməkdaşları Türkiyə istehsalı olan ən müasir kənd təsərrüfatı texnikaları ilə həyata keçirirlər.
“Cahan Tabaccoİnternational” MMC-nin əməkdaşları Şərur rayonun torpaq-iqlim şəraitinə uyğun olaraq həmçinin Zeyvə, Xanlıqlar, Maxta, Kərimbəyli, Cəlilkənd də daxil olmaqla 10-a yaxın kənddə tütün əkiblər. Bu gəlirli sahənin inkişafı və Şərurda qədim tütünçülük ənənəsini nəzərə alan mütəxəssislər gələcəkdə yeni ərazilərdə də bu bitkinin əkinini həyata keçirəcəklər.
Yaqub İsayev
NTV Xəbər