Veyk-an-Zee şahmat festivalında Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iştirak edəcəklər

107

Hollandiyanın eyniadlı şəhərində yanvarın 11-də dünyanın ən mötəbər turnirlərindən biri hesab olan Veyk-an Zee şahmat festivalı (“Tata Stell Chess-2019) start götürəcək.

NUHÇIXAN xəbər verir ki, artıq 81-ci dəfə keçiriləcək turnirdə iştirakçıların yekun siyahısı məlum olub. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər. Dünya çempionu norveçli Maqnus Karlsen və iki keçmiş dünya çempionu Vişvanatan Anand və Vladimir Kramnik, ev sahibi olan Aniş Giri və 2018-ci ilin ən yaxşı performans göstərən şahmatçısı, çinli Dinq Lirenin də qatılacağı yarış dairəvi sistemlə 14 turdan ibarət olacaq. 12 tur Veyk-an-Zee şəhərində, 5-ci turun oyunları Alkmar şəhərində, 10-cu turun oyunları isə Leydendə keçirilməsi planlaşdırılır.

Əsas (“Masters”) turnirlə bərabər festival çərçivəsində “Challengers” yarışları da keçiriləcək. Qeyd edək ki, qrossmeysterimiz Teymur Rəcəbov 2007-ci ildə Veyk-an-Zee turnirinin qaliblərindən biri olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: