Ermənistanda hərbi sahədə xaos hökm sürür

154

Dərin iqtisadi böhran içində olan Ermənistanda hərbi sahədə də xaos hökm sürür. Bunun nəticəsində fərarililik, intihar, hallarının sayı artır. Hərbi hissələrdə, həmçinin epidemiya tüğyan edir. Səksənə yaxın əsgər ağır vəziyyətdə hospitallara yerləşdirilib.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistan ordusunun bölmələrində özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir. Ötən ilin dekabr ayı ərzində düşmən ordusu daha yeddi hərbçisini itirib. Dekabr ayında Ermənistan ordusunda ən qalmaqallı hadisə “Gümrü” aerodromunda təlim uçuşlarını yerinə yetirən Su-25 təyyarəsinin qəzaya uğramasıdır. Dekabrın 15 günü ərzində qeyri-döyüş şəraitində, özbaşınalıq və qanunsuzluqlar səbəbindən yaralananların sayı isə 10 nəfər olub. Epidemiya, soyuqların düşməsi və qar yağması aclıqdan, şəraitsizlikdən əziyyət çəkən hərbçilər üçün bəlaya çevrilib. Əsgərlər müxtəlif virus xəstəliklərindən əziyyət çəkirlər. Tibbi heyət problemin qarşısını almağa çalışsa da, dərman preparatları və zəruri ləvazimatların çatışmaması səbəbindən profilaktik tədbirlər görmək mümkün olmur. Helsinki Vətəndaş Assambleyasının İrəvan ofisi isə Gümrüdə yerləşən 102-ci hərbi baza ilə bağlı araşdırmalara başlayıb. Məlumata görə, 20 il ərzində bu hərbi hissədə 12 ölüm, 14 yaralanma faktı qeydə alınıb. Burada qulluq keçən əsgərlər yerli əhali ilə kobud davranır, soyğunçuluqla məşğul olurlar. Zaman-zaman bu hallar faciə ilə nəticələnir. Gümrü sakini olan Avetisyanlar ailəsinin bütün 7 üzvü bir neçə il əvvəl qətlə yetirilib. Vaxramaberd kəndində törədilən partlayış nəticəsində iki azyaşlı ölüb. Son insident zamanı isə daha bir Gümrü sakini – 57 yaşlı Culyetta Quqasyan səhər işə getdiyi zaman hərbçi tərəfindən əvvəlcə vəhşiliklə döyülüb, sonra isə güllələnib. Qadının həyatını xilas etmək mümkün olmayıb. Sonuncu hadisənin ardından İrəvanda və Gümrüdə etiraz aksiyaları başlayıb. Narazı kütlə 102-ci hərbi bazanın Ermənistandan çıxarılmasını tələb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: