2018-ci ildə “Hyundai”nin Çexiyadakı zavodunun konveyerindən 300 mindən çox avtomobil buraxılıb

166

“Hyundai” şirkətinin Çexiyanın Noşovitse şəhərində yerləşən zavodu 340300 avtomobil istehsal edib ki, bu da 2017-ci illə müqayisədə 16400 ədəd (4,6 faiz) az, lakin əvvəlcədən planlaşdırıldığından 300 avtomobil (3,1 faiz) çoxdur.

NUHÇIXAN xəbər verir ki, qarşıya qoyulan plana əsasən 2018-ci ildə konveyerdən 330 min avtomobil buraxılmalı idi.

İstehsal həcminin azalmasına bəzi Avropa bazarlarında, məsələn, məhz Brexitin yaxınlaşması ilə əlaqədar avtomobillərə tələbatın azaldığı Böyük Britaniyada mənfi proqnozlar səbəb olub. Cari ildə 3300-dən artıq insanın işlə təmin olunduğu müəssisədə 318 min avtomobilin yığılması planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: