“Qarabağ” klubu Antalyada Rumıniya, Özbəkistan, Polşa, Çexiya və Ukrayna komandaları ilə qarşılaşacaq

108

Ağdamın “Qarabağ” futbol klubu yanvarın 6-da Antalyaya yollanaraq təlim-məşq toplanışına start verəcək.

NUHÇIXAN xəbər verir ki, təlim-məşq toplanışı 21 gün davam edəcək və komandamız bu müddətdə 5 yoxlama oyunu keçirəcək.

Ağdam təmsilçisi yanvarın 12-də Rumıniyanın “Botoşani”, dörd gün sonra Özbəkistanın “Paxtakor”, yanvarın 19-da Çexiyanın “Bohemians”, ayın 23-də Polşanın “Piast” və yanvarın 26-da isə Ukraynanın “Şaxtyor” (Donetsk) klubları qarşılaşacaq.

Yanvarın 27-də Bakıya dönəcək “Qarabağ” fevralın 3-də “Neftçi”yə qarşı oyunun hazırlığını davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: