“Arsenal” İngiltərə Premyer Liqasının 37-ci turunda səfərdə “Lester Siti”ya 3:1 hesabı ilə məğlub olub.
NUHÇIXAN xəbər verir ki, oyunda hesab 14-ci dəqiqədə açılıb. İxenaco fərqlənib – 1:0. Qarşılaşmanın 15-ci dəqiqəsində kobud oyuna görə qonaqların heyətində Mavropanos oyundan kənarlaşdırılıb. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra 53-cü dəqiqədə Obameyang hesaba tarazlıq gətirib – 1:1. Matçın 76-ci dəqiqəsində Vardı hakimin təyin etdiyi 11 metirlik cərimə zərbəsini dəqiq yerinə yetirib – 2:1. Oyunda son nöqtəni Riyad Mahrez qoyub – 3:1. Beləliklə “Lester Siti” 3:1 hesabı ilə qələbə qazanıb.
Digər oyunlarda “Tottenxem” “Nyukasl”ı 1:0, “Mançester Siti” isə “Brayton”u 3:1 hesabı ilə məğlub edib. “Çelsi” isə “Haddesfild”lə 1:1 heç-heçə edib.