Naxçıvan Muxtar Respublikasında torpaqların ekoloji qiymətləndirilməsi aparılır

141

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Bölmənin Bioresurslar İnstitutunun Tоrpaq Ehtiyatları labоratоriyası tərəfindən Naxçıvan Muxtar Respublikasının inzibati rayonlarında mədəni və təbii bitkilər altındakı torpaqların ekoloji qiymətləndirilməsi aparılır.

Laboratoriya rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev bu məqsədlə Babək rayonunda ekskursiyada olub, torpaq, bitki nümunələri götürüb və fiziki, kimyəvi, morfoloji cəhətdən təhlillər aparıb. Tədqiqat işlərinin nəticələri əsasında inzibati rayon torpaq-kadastr yarımrayonlarına ayrılıb və təsərrüfatların sahələri üzrə ixtisaslaşdırılması aparılıb.
Cari il ərzində, həmçinin Culfa və Şahbuz rayonlarında tədqiqat işlərinin aparılması nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: