Türkiyədə bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyalar müəyyənləşib

108

Türkiyədə fəaliyyət göstərən 13 siyasi partiyaya bu il martın 31-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək hüququ verilib.

NUHÇIXAN xəbər verir ki, Türkiyənin Ali Seçki Komissiyasının (ASK) qərarına görə, seçkilərdə siyasi mübarizə Ədalət və İnkişaf Partiyası (AKP), Azad Türkiyə Partiyası (BTP), Böyük Birlik Partiyası (BBP), Cümhuriyyət Xalq Partiyası (CHP), Demokrat Partiyası (DP), Demokratik Sol Partiyası (DSP), Xalqların Demokratik Partiyası (HDP), Hür Dava Partiyası (HDP), İYİ Partiya, Milliyyətçi Hərəkat Partiyası (MHP), Səadət Partiyası (SP), Türkiyə Kommunist Partiyası (TKP) və Vətən Partiyası (VP) arasında gedəcək. Seçkilərə namizəd irəli sürmək hüququ qazananlardan Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Cümhuriyyət Xalq Partiyası, Xalqların Demokratik Partiyası və İYİ Partiyası Türkiyə Böyük Millət Məclisində təmsil olunurlar. Hakim AKP və müxalifətdən olan MHP “Cümhur ittifaqı”nda birləşiblər.

Qeyd edək ki, bələdiyyə seçkilərinə təbliğat-təşviqat kampaniyası martın 30-da Türkiyə vaxtı ilə saat 18:00-da başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: