Yatmazdan 2 saat qabaq bunu etməyin

206

ABŞ alimlərinin apardıqları tədqiqatlardan bəlli olub ki, ekranın mavi işığı korluğa səbəb ola bilər.

NUHÇIXAN xəbər verir ki, smartfonların, planşetlərin, televizorların və şəxsi kompüterlərin monitorları gözə mənfi təsir göstərir. Tədqiqatçılar monitorun mavi işığının insan görməsinə zərərli olduğunu bildiriblər.

Şüalanma ilk növbədə göz retinasına mənfi təsir göstərir. Gözdə yaranan problemlər bu cihazlardan nə qədər çox istifadə edilməsindən asılıdır.

Alimlər mütəmadi olaraq həkim-oftalmoloqun müayinəsindən keçməyənlərin gələcəkdə kor olma risklərinin olduğunu bildiriblər.

Elm adamları gələcəkdə baş verə biləcək korluğun qarşısını almaq üçün yatmazdan iki saat əvvəl smartfon və planşetlərdən istifadə etməməyi məsləhət görüblər.

Bu zaman gözlər mavi işığın mənfi təsirindən qorunurlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: