Ordubad rayonunda 56 xəstə pulsuz əməliyyat olunub

71

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Ordubad rayonunda pulsuz tibbi aksiya təşkil olunub.

Aksiyanı Akademik Mirqasımov adına respublika klinik xəstəxanasının 26 nəfərdən ibarət həkim heyəti keçirir. Tibbi müayinənin səmərəli olması üçün Ordubad Rayon Mərkəzi Xəstəxanasında    lazımi şərait yaradılıb.

Aksiyanın birinci günü burun, boğaz, apendisit, fimoz və  yırtıqdan əziyyət çəkən  56 xəstə üzərində pulsuz cərrahi əməliyyat  aparılıb.

500-ə yaxın xəstə isə terapevt, cərrah, lor, uroloq, oftalmoloq, nevropatoloq, qinekoloq və digər ixtisaslı həkimlərin qəbulunda olub, müayinələrdən keçiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: