Gündən-günə abadlaşan, gözəlləşən Naxçıvan - FOTOREPORTAJ

232

Müasir dövrdə iqtisadi, sosial və mədəni sahələrdəki nailiyyətləri ilə diqqətləri özünə cəlb edən Naxçıvan Muxtar Respublikası innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişaf modeli qurmaq yolunda mühüm irəliləyişlər əldə edib.

Dinamik və dayanıqlı inkişafa nail olmaq üçün muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas hədəflərindən biri olan investisiya qoyuluşları sahəsində əldə edilən uğurlar isə daha qabarıq olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədri olduğu “Caspian European Club” tərəfindən hazırlanan investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ölkəmizin regionları arasında 2017-ci və yola salmaqda olduğumuz 2018-ci illərin nəticələrinə görə ard-arda iki dəfə liderlik qazanıb. Şübhəsiz, bu göstərici regional inkişaf prioritetləri baxımından qədim diyarın sosial-iqtisadi sahədə və xarici iqtisadi əlaqələrdə uğurlarını bir daha ortaya qoymaqla, həm də yeni investisiyalar üçün cazibədarlığını da artırmaqdadır.

Muxtar respublikanın 200-dən artıq kəndinə çəkilmiş abad yollar, hər bir yaşayış məntəqəsini müasirliyə qovuşduran kənd və xidmət mərkəzləri, təhsil, səhiyyə və mədəniyyət ocaqları kimi yüzlərlə obyekt məhz Azərbaycan Prezidenti İlham Əliyevin böyük diqqət və qayğısı, naxçıvanlıların Heydər Əliyev ideallarına sədaqəti, vətənpərvərliyi nəticəsində ərsəyə gəlib. Ümumilikdə, son illər muxtar respublika iqtisadiyyatına 9,6 milyard manatdan çox investisiya yönəldilib, 12 mindən çox müxtəlif təyinatlı obyekt istifadəyə verilib.

NUHÇIXAN 2018-ci ilin quruculuq ərməğanları olan bəzi obyektlərin fotoşəkillərini təqdim edir.

Rauf Kəngərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: