Gürcüstanda erməni əsilli əsgər odlu silahla özünə xəsarət yetirib

120

Gürcüstanın Xususi Penitensiar Xidmətində müddətli hərbi xidmət keçən əsgər, 20 yaşlı Xaçatur Mankasaryan növbətçilik zamanı odlu silahdan özünə xəsarət yetirib.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə dekabrın 29-da, axşam saatlarında baş verib. X.Mankasaryan bu ilin 10 oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. Oktyabrın 23-dən etibarən o, 17 saylı Rustavi həbsxanasının Bayır mühafizə xidmətində xidmətə başlayıb.

X.Mankasaryan xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hazırda onun vəziyyəti sabitdir və həyatı təhlükədə deyil.

Hadisə barədə X.Mankasaryanın ailəsinə dərhal məlumat verilib. Faktla bağlı istintaq aparılır. İstintaq zamanı əsgərin sui-qəsdə cəhd etməsi və ya ehtiyatsızlıqdan özünə xəsarət yetirməsi müəyyən olunacaq.

Daha əvvəl Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin əsgəri ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: