Körpələr dövlətin qayğısı ilə əhatə olunub

116

NUHÇIXAN xəbər verir ki,  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Səhiyyə Nazirinin müavini SamratGəncəyeva çıxış edərək uşaqları bayram münasibətilə təbrik ediblər. Qeyd olunub ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud olan uşaqlara həssaslıqla yanaşılır, onların hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətə inteqrasiya olunmaları  diqqət mərkəzində saxlanılır.

Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayeva sağlamlıq imkanları məhdud uşaqlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Bayram şənliyində sağlamlıq imkanları məhdud 18 uşağa hədiyyələr verilib.

Tədbirin bədii hissəsində Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında bir-birindən maraqlı səhnəciklər nümayiş etdirilib.

Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: