Gənclər tarixi yerləri gəziblər

78

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi və şəhərimizin Gənclər Paytaxtı elan edilməsi münasibətilə Kəngərli rayon gənclərinin muxtar respublikanın muzeyləri və tarixi yerlərinə ekskursiyası təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, ilk olaraq Heydər Əliyev Muzeyini ziyarət edən gənclərə dahi şəxsiyyətin zəngin ömür yolu, çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barədə  məlumat verilib.

Naxçıvan Dövlət Xalça Muzeyində olan  qonaqlar Naxçıvanda xalçaçılıq sənətinin  tarixi, Naxçıvan Dövlət Tarix Muzeyində isə Naxçıvan ərazisində yaşamış qədim insanların istifadə etdikləri məişət əşyaları ilə tanış olublar.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olan gənclər Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət ediblər.

Möminə Xatın türbəsində Əcəmi memarlıq məktəbinin şah əsəri olan abidənin tarixi memarlıq quruluşu barədə məlumat öyrənən  qonaqlar son olaraq “Xan sarayı”ını ziyarət ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: