Daxili İşlər Nazirliyinin əməkdaşları  əsgərlərə bayram sovqatı aparıb

2. 875

NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları  31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  münasibəti ilə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat briqadasına gedərək, əsgərlərə bayram sovqatı təqdim ediblər.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov əsgər və zabitləri bayramlar münasibətilə təbrik edib, onlara hərbi xidmətlərində uğurlar diləyib.

Əsgərlərdən Həsənxan Həsənxanlı və Çingiz Əkbərov qonaqlara minnətdarlıqlarını bildiriblər.

Sonda gətirilən bayram sovqatı hərbi hissəyə təhfil verilib.

Tədbir süfrə arxasında davam etdirilib. Briqadanın özfəaliyyət kollektivi konsert proqramı ilə çıxış edib. Əsgər və zabitlərin oxuduqları mahnılar, ifa olunan rəqslər alqışlarla qarşılanıb.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: