Rapid üzrə dünya çempionatında ikinci günün oyunlarına yekun vurulub

165

Rusiyanın Sankt-Peterburq şəhərində şahmat üzrə rapid yarışlarında ikinci günün oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, kişilər arasında 206, qadınların yarışında isə 124 şahmatçının mübarizə apardığı çempionatda 10 turun nəticələrinə əsasən Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Qədir Hüseynov hərəyə 6,5 xal toplayıblar. Rauf Məmmədovun isə 5,5 xalı var.

Qadınların yarışında səkkiz turdan sonra Gülnar Məmmədova 5,5 xalla 13-cü pillədədir. Günay Məmmədzadənin aktivində 4,5 xal var. Zeynəb Məmmədyarova 4, Türkan Məmmədyarova isə 3,5 xal toplayıb.

Dekabrın 28-dək keçiriləcək kişilərin yarışları 15, qadınların turniri isə 12 turdan ibarətdir.

Blits üzrə dünya çempionatı isə dekabrın 29-30-da keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: