Rapid üzrə dünya çempionatında şahmatçılarımız ilk xallarını qazanıb

118

Rusiyanın Sankt-Peterburq şəhərində şahmat üzrə rapid yarışlarına start verilib.

NUHÇIXAN xəbər verir ki, kişilər arasında 206, qadınların yarışlarında 124 şahmatçının mübarizə apardığı yarışların ilk günündə 5 turun oyunları keçirilib. Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarov 5 turun nəticəsinə görə 4 xal toplayıb. O, bu nəticəyə görə turnir cədvəlində 5-ci yerdədir. Qədir Hüseynovun aktivində 3,5, Rauf Məmmədovun isə 3 xalı var. 4-cü turun nəticələrinə görə Gülnar Məmmədova 3, Günay Məmmədzadə 2,5, Zeynəb və Türkan Məmmədyarova bacıları isə hərəyə 2 xal qazanıblar.

Turnir cədvəlinin lideri 4,5 xalla iranlı Alireza Firoujadır. Qadınların turnirində isə 4 xalla Çin şahmatçısı Vencun Cu liderlik edir.

Yarışlar dekabrın 28-dək keçiriləcək. Kişilərin yarışları 15, qadınların turniri isə 12 turdan ibarətdir.

Blits üzrə dünya çempionatı isə dekabrın 29-30-da təşkil ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: