Müəssisə fəaliyyətini genişləndirir

223

NUHÇIXAN xəbər verir ki, “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən  yaradılan  köynək və alt trikotaj geyimləri  istehsalı sahələri fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri   Famil Seyidov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və  Antiinhisar və İstehlak  Bazarına Nəzarət Dövlət  Agentliyinin  direktoru Bəxtiyar İsmayılov  yeni istehsal sahələri ilə tanış olublar.

İstehsal sahəsində Yaponiya, Avstraliya və Türkiyə Respublikalarından alınmış  müasir avadanlıqlar   quraşdırılıb.  Xammal  Türkiyə Respublikasından gətirilir. Müəssisənin  8 saatlıq iş rejimində istehsal gücü min ədəd köynək, kişi və uşaq alt geyimləridir. Burada  hələlik 13 çeşiddə məhsul istehsalına başlanıb. Gələcəkdə isə məhsul istehsalının  çeşidlərini artırmaq nəzərdə tutulub. Eyni zamanda  yeni istehsal sahələrinin yaradılması ilə 45 iş yeri açılıb. Orta aylıq əmək haqqı 300 manatdır.

Qeyd edək ki, müəssisə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində yaradılıb.  İstehsal sahələrinin yaradılmasına  800 min manat vəsait sərf olunub. Həmin vəsaitin 485 min manatı  Sahibkarlığın İnkişafı Fondu  tərəfindən ayrılmış kreditdir.  315 min manat  isəəssisənin öz vəsaitdir.

                                                                    Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: