Naxçıvan Dövlət Universitetində dəyirmi masa olub

141

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında  “31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 31 dekabrın tarixi əhəmiyyətindən danışıb.

Sonra Universitetin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov və Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev çıxış ediblər.

Qeyd edilib ki, dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində ilk addım məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülüb və 31 dekabr həmrəylik bayramı ilk dəfə muxtar respublikamızda qeyd edilib.

Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı təkliflər dəyərləndirilib.

Səadət Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: