Taxıl əkini yekunlaşıb

155

Şərur rayonunda bu il də taxıl vaxtında və itkisiz yığılıb başa çatdırılıb. Taxıl istehsalçılarına göstərilən dövlət qayğısının nəticəsidir ki, bu il də buğda və arpa əkininə maraq yüksək olub.

Fermerlər və torpaq mül­kiyyətçiləri biçini başa çatdıran kimi torpağı mineral və üzvi gübrələrlə zənginləşdirdikdən sonra şumlama işlərinə başlayıb, əkini optimal müddətdə keçirmək üçün keyfiyyətli toxum tədarük ediblər. Yenə də əkindən qabaq toxum laboratoriya müayinəsindən keçirilib və dərmanlanıb. Şum və əkin kampaniyasına kifayət qədər texnika və aqreqat cəlb olunub.

Artıq taxıl əkini yekunlaşıb. Rayon üzrə 4 min 13 hektarda, o cümlədən 3 min 763 hektarda buğda, 250 hektarda arpa əkilib.

«Şərurun səsi» 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: