U-12 Liqasının iştirakçıları Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzeylə tanış olublar

93

Xəbər verdiyimiz kimi, dekabrın 22-də Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzeyin açılış mərasimi keçirilib. Rəsmi hissə başa çatdıqdan sonra muzeyin ilk ziyarətçiləri AFFA-nın U-12 Liqasında çıxış edən Azərbaycan Premyer Liqası klublarının müvafiq yaş qrupundan ibarət komandalarının üzvləri olub.

NUHÇIXAN xəbər verir ki, AFFA tərəfindən qeyd olunan komandalar üçün əyləncəli proqram təşkil edilib. Əvvəlcə paytaxtın tanınmış məkanlarından birində yemək süfrəsi arxasında toplaşan kiçik yaşlı futbolçular daha sonra UEFA Avropa Liqası muzeyində sərgilənən eksponatlarla tanış olublar.

Muzeyin fəaliyyət göstərəcəyi dekabrın 22-dən yanvarın 7-dək AFFA tərəfindən digər yaş qruplarına aid komandalar üçün də analoji tədbirlər keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: