“Sağlam həyat naminə” mövzusunda seminar təşkil edilib

123

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında təşkil edilən  “Sağlam həyat naminə” adlı seminar  Təcili tibbi yardım işçiləri üçün nəzərdə tutulub. Tədbirdə Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov bildirib ki, səhiyyə sahəsində ən mühüm məsələlərdən biri də təcili tibbi yardım xidmətinin təşkilidir. Ona görə ki, xəstəyə vaxtında tibbi xidmətin göstərilməsi onun həyatını xilas edir. Vaxtında və düzgün tibbi xidmət göstərilmədikdə isə insan həyatı üçün təhlükə yaranır. Bütün bunlar nəzərə alınaraq muxtar respublikamızda təcili tibbi yardım xidmətinin təşkili daim diqqətdə saxlanılır. O  da qeyd edilib ki, yeni təcili tibbi yardım avtomobillərinin muxtar respublikanın səhiyyə müəssisələrinə təqdim olunması bu sahədə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə münbit şərait yaradıb. 

Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrində fəaliyyət göstərən tibb işçilərinin iştirak etdiyi seminarda mövzular aid slaydlar da təqdim edilib.   

Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: