“Mançester Yunayted”in əfsanə oyunçusu Mourinyonun istefaya göndərilməsində futbolçuları günahlandırıb

130

Əfsanəvi futbolçu Roy Kin BBC-yə müsahibəsində deyib: “Siz də formasına diqqət etməyən, məşqlərdən yayınan və yetərincə səy göstərməyən futbolçularla mübahisə edərdiniz. Bu cür oyunçulara ayıb olsun.

Mən Mourinyonun böyük fanatı deyiləm, lakin öz agentlərinin və jurnalistlərin arxasında gizlənən oyunçulardan zəhləm gedir. Bu, gülüncdür! Bir sözlə, onlar məşqçini qurban verdilər. Bu futbolçular onun arxasında gizləndi və sonra avtobusun altına atdılar.

Mənim fikirlərim dəbdən düşmüş deyil. Onlar heç də köhnə yox, yaxşı mülahizələrdir. Klubda, xüsusən “Mançester Yunayted” kimi komandada nə baş verməsindən asılı olmayaraq, siz heç bir bəhanə olmadan səylərinizi əsirgəməməlisiniz”.

NUHÇIXAN xəbər verir ki, dekabrın 18-də Joze Mourinyo “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən azad edilib, mövsümün sonunadək onu Ule-Qunnar Sulşer əvəz edəcək.

Roy Kin 1993-2005-ci illərdə “Mançester Yunayted”in heyətində çıxış edib, bu klubla altıqat İngiltərə çempionu olub. O, sonralar “Sanderlend”, “İspviç” klublarının və İrlandiya yığmasının baş məşqçisi işləyib.

Joze Mourinyo 2016-cı ilin mayından “Mançester Yunayted”ə rəhbərlik edib və komanda bu müddətdə İngiltərə Liqası Kuboku, İngiltərə Superkuboku və Avropa Liqasının qalibi olub. Onun baş məşqçi olduğu ilk mövsümdə klub Premyer Liqada altıncı, ötən mövsümdə isə ikinci yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: