“Yuventus” klubundan 408 milyon avroluq yeni müqavilə

114

İtaliyanın “Yuventus” klubu məşhur idman geyimi və ləvazimatları istehsalçısı “Adidas” şirkəti ilə sponsorluq müqaviləsinin müddətini 2027-ci il iyunun 30-dək uzadıb. Müqaviləyə əsasən, “Adidas” şirkəti 2027-ci ilə qədər hər mövsümdə Turin təmsilçisinə 51 milyon avro ödəyəcək. Bu müqavilə ilə səkkiz mövsüm ərzində “Yuventus” klubunun ümumi qazancı 408 milyon avro olacaq.

NUHÇIXAN İtaliyanın nüfuzlu “La Gazzetta dello Sport” idman nəşrinə istinadla xəbər verir ki, bu barədə “Yuventus” klubu açıqlama yayıb.

Müqavilədə, həmçinin dekabrın 31-dək “Adidas”ın bonus kimi kluba 15 milyon avro ödəməsi də nəzərdə tutulub.

“Yuventus” klubu “Adidas” şirkəti ilə sponsorluğa dair əməkdaşlığa 2015-2016-cı il mövsümündə başlayıb. Həmin müqavilə 2021-ci il iyunun 30-dək əməkdaşlığı nəzərdə tutur. Yeni müqavilə 2019-2020-ci il mövsümündən etibarən həyata keçirilək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: