Naxçıvanda yetkinlik yaşına çatmayanların hüquq və azadlıqları etibarlı şəkildə qorunur

269

Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəbdə keçirilən tədbir Naxçıvan Muxtar Respublikasında yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının qorunması mövzusuna həsr olunub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis kapitanı Fariz Nəsirov muxtar respublikada bu istiqamətdə görülən məqsədyönlü işlərdən ətraflı söhbət açıb.

Diqqətə çatdırılıb ki, Uşaq hüquqları Konvensiyasına uyğun olaraq 2018-ci ildə idarənin əməkdaşları tərəfindən şəhər ümumtəhsil müəssisələrində bir sıra hüquqi maarifləndirici və profilaktik tədbirlər keçirilib. Bu tədbirlərdə yol hərəkəti qaydalarına riayət edilməsi, sosial şəbəkələrdən düzgün istifadə olunması barədə məlumatlar və məsləhətlər verilib.

Tədbirdə Naxçıvan Şəhər Polis İdarəsi Veteranları Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Mübariz Quliyev çıxış edib. Bildirib ki, bu kimi tədbirlərin başlıca məqsədi azyaşlı uşaqlarda mənəvi-psixoloji anlayışı formalaşdırmaq, gələcək üçün təhlükəli həyat riskini azaltmaq və sağlam mühit düşüncəsini inkişaf etdirməkdir.

Sonda 6 nəfərə biometrik şəxsiyyət vəsiqəsi təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: