Ulu öndər rəssamların gözü ilə - FOTOLAR

65

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə sərgi təşkil edilib.

NUHÇIXAN xəbər verir ki, əvvəlcə sərgi iştirakçılarına Ulu öndərin rəssamlar, memarlar, şairlər, yazıçılar, ümumiyyətlə, sənət adamlarına göstərdiyi böyük qayğı və ehtiramdan söhbət açılıb.

Sonra sərgiyə baxış olub. Sərgidə 20 rəssamın 50-ə yaxın rəsm əsəri sərgilənir. Əsərlər əsasən Ulu öndər Heydər  Əliyevə və Naxçıvanın çiçəklənmə dövrünə həsr olunub. Müxtəlif  janrlarda yaradılan əsərlər maraqla qarşılanıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan sərginin nümayişi həftə ərzində davam edəcək.

Mətin Abbaslı

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: