Fundamental elmi biblioqrafiya işıq üzü görüb

123

“Elm” nəşriyyatında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun tərtib etdiyi “Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı elmi biblioqrafik göstərici işıq üzü görüb.

İnstitutdan NUHÇIXAN-a bildirilib ki, fundamental elmi biblioqrafiya Azərbaycan dövlətçilik tarixinin ən parlaq səhifələrindən birinə – müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunub. Biblioqrafiyaya Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, parlamentin və hökumətin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, habelə Cümhuriyyətin süqutundan sonrakı dövrdə istiqlal ideyalarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri əks etdirən materiallar daxil edilib. Biblioqrafiya elmi işçilər, ali məktəb müəllimləri, tədqiqatçılar, habelə Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Biblioqrafiyanın tərtibçi-müəllifləri filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli və pedaqogika üzrə fəlsəfə doktoru Nadir İsmayılovdur. 504 səhifəlik kitabda ilk dəfə Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında yarandığı gündən hazırkı dövrə qədər işıq üzü görmüş bütün materiallar əhatə olunub.

Kitabın baş elmi məsləhətçisi və “Ön söz”ün müəllifi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: