Uşaqlar dövlətin qayğısı ilə əhatə olunub

145

Muxtar respublikada yaşayan bütün kateqoriyalardan, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlara hərtərəfli qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, onların təhsili, milli ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması və sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır, sosial müdafiələrini gücləndirmək məqsədilə aylıq müavinətlər ödənilir. Həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlət, özəl ali və orta ixtisas müəssisələrində dövlət vəsaiti hesabına təhsil alırlar.Hər yeni tədris ilinin başlanması ərəfəsində onlara məktəbli formaları və dərs ləvazimatları verilir, həmçinin qış geyimləri ilə təmin olunurlar. Muxtar respublikamızda valideyn himayəsindən məhrum olmuş 39, hər iki valideynini itirmiş 29 uşaq var. Dövlətimizin göstərdiyi diqqət və qayğı nəticəsində müvafiq kateqoriyadan olan 28 gənc orta ixtisas və ali təhsil müəssisələrində təhsil alır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən cari ilin 11 ayı ərzində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə onların tarix-memarlıq abidələrinə, muzeylərə, istirahət guşələrinə ekskursiyaları təşkil edilib, uşaqlara teatr tamaşaları, film nümayiş olunub, 11 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin edilib. 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə 6 uşağa geyim dəstləri verilib.

Bundan əlavə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 22 uşağa oktyabr ayında yun geyimlər hədiyyə olunub. Bu qəbildən olan uşaqlara ictimai diqqətin artırılması məqsədilə komitənin rəsmi internet saytında 18 yaşadək olan, eyni zamanda ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 91 uşağın məlumatı yerləşdirilib. Belə uşaqların hüquqlarının qorunması məqsədilə yaşadıqları evlərdə mütəmadi olaraq monitorinqlər təşkil olunur, onların yaşayış şəraitləri araşdırılır, problemlərinin həlli istiqamətində konkret işlər görülür. Müvafiq işlər cari ildə də davam etdirilib, valideyn himayəsindən məhrum olmuş 7 uşağın evində monitorinq keçirilib, təhsilləri, yaşayış şəraitləri ilə maraqlanılıb. Sədərək rayonunun Sədərək kəndində yaşayan valideyn himayəsindən məhrum olmuş uşağın ailəsində tədbir keçirilib, uşağa qış geyimi, ailəyə məişət əşyası və ərzaq payı təqdim edilib. Dövlətimizin müvafiq kateqoriyadan olan uşaqlara göstərdiyi diqqət və qayğının nəticəsidir ki, muxtar respublikada fəaliyyət göstərən Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində valideyn himayəsindən məhrum uşaq yoxdur. Bu kateqoriyadan olan uşaqların hər biri yaxın qohumlarının qəyyumluğunda və himayəsində yaşayır, sağlam böyüyür, milli dəyərlər əsasında tərbiyə edilir, onların intellektual səviyyələri inkişaf etdirilir və ən əsası da ali və orta ixtisas müəssisələrində təhsil alaraq layiqli vətəndaş kimi yetişirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: