“Balaca şahzadə” əsəri müzakirə edilib

143

NUHÇIXAN xəbər verir ki, fransız pilot və yazıçı Antuan De Sent Ekzüperinin yazdığı “Balaca şahzadə” əsəri Gənclər Mərkəzində müzakirəsi olunub. Bildirilib ki, müəllif bu alleqorik əsəri  hələ II Dünya müharibəsinin davam etdiyi bir dövrdə qələmə alıb. Şəkilləri də yazıçının özü çəkib. “Balaca şahzadə” uşaq kitabları ilə eyni rəfə qoyulsa da, hər insanın həyatının fərqli dövrlərində mütləq oxunması vacib olan bir əsərdir. “Bütün böyüklər uşaq olub, amma bunu hamısı xatırlamır” fikri ilə başlayan əsərin  birinci  fəslində müəllif uşaq ikən şəkillər çəkməyə başlamasından, çəkdiyi şəkillərin böyüklər tərəfindən başa düşülməməsindən, şəkil çəkməyi dayandırmasından və pilot olmasından bəhs edir. İkinci  fəsildə isə müəllifin  təyyarəsinin Saxara səhrasında qəzaya uğramasından və kiçik şahzadə ilə qarşılaşmasından bəhs edir.

Qeyd edək ki, sözügedən kitab oxunması zəruri olan kitablar siyahısına daxil edilib.

Xanım Rüstəmzadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: