Türk Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı əlaqələrini genişləndirirlər

110

Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarət və Sənaye Palatasının İcraiyyə Komitəsinin 25-ci iclası çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı (Türk Şurası-TDƏŞ) ilə İƏT-in Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb.

NUHÇIXAN Türk Şurasının katibliyinə istinadla xəbər verir ki, TDƏŞ-in baş katibi Bağdad Amreyev və İƏT-in Ticarət və Sənaye Palatasının sədri Azəraxş Xafizi tərəfindən imzalanan sənədin məqsədi iki təşkilat arasında əməkdaşlığı genişləndimək, qarşılıqlı maraq doğuran sahələri müəyyən etməkdir. Bundan başqa, sənəddə tərəflər arasında səmərəli, sistemli məsləhətləşmələrin, əlaqələndirmənin və faydalı məlumat mübadiləsinin yaradılması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: