“China Daily”: Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan müasir ölkəyə çevrilib

105

Çinin nüfuzlu “China Daily” qəzetində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar məqalə dərc olunub.

NUHÇIXAN xəbər verir ki, Çin Mərkəzi Televiziyasının (CCTV) beynəlxalq icmalçısı, siyasi analitik Malik Ayub Sumbalın müəllifi olduğu məqalədə görkəmli dövlət xadimi Heydər Əliyevin müasir müstəqil Azərbaycanın inkişafındakı xidmətlərindən bəhs edilir.

Bildirilir ki, Heydər Əliyevin öz xalqı üçün apardığı mübarizənin nəticəsində Azərbaycan dünya arenasında müasir və mədəni ölkəyə çevrilib. Ölkənin Cənubi Qafqaz regionunda sevgi mesajı yayaraq sülh və harmoniya ilə multikultural və çoxdinli bir cəmiyyətə çevrilməsi ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir. Bakıdan yayılan sülh və sabitlik çağırışı Azərbaycandan başqa heç bir Cənubi Qafqaz ölkəsindən eşidilməyib.

Azərbaycanın hazırda ümummilli lider Heydər Əliyev irsi və prinsipləri əsasında yaşayıb-yaratdığını vurğulayan müəllif qeyd edir ki, Heydər Əliyev doktrinası müasir Azərbaycanda praktiki olaraq uğurla həyata keçirilir və onun burada necə səmərəli təcəssüm tapdığını görmək mümkündür. Dahi Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyasında Azərbaycanın Qərb və İslam dünyası ilə, qədim və müasir mədəniyyətlər və sivilizasiyalar arasında əlaqələrin necə qorunub saxlanması öz əksini tapıb.

“China Daily” yazır ki, ümummilli lider Heydər Əliyev gələcək problemlərlə mübarizə aparmaq və dünyaya mesajını çatdırmaq məqsədilə Azərbaycan üçün müasir mədəni diplomatiyanın əsasını qoyub. Azərbaycanın indiki Prezidenti tərəfindən Heydər Əliyevin doktrinasının uğurla həyata keçirilməsi nəticəsində qeyd edilən mədəni diplomatiyanın hədəflərinə nail olunub.

Heydər Əliyevin tarixi kökləri yüz illərə söykənən müasir müstəqil Azərbaycan dövlətinə beynəlxalq aləmin münasibətini müəyyənləşdirmək üçün geniş dünyagörüşünə malik bir şəxsiyyət olduğunu vurğulayan müəllif dahi liderin gələcək problemlərdən xəbərdar olduğunu və öncədən gördüyü tədbirlərlə Azərbaycan xalqının rifahı üçün töhfə verən irs qoyduğunu qeyd edir.

Sonda bildirilir ki, hər il dekabrın 12-də cəmiyyətin bütün təbəqələrindən olan insanlar bu böyük liderin abidəsini ziyarət edərək xatirəsini ehtiramla anırlar.

Qeyd edək ki, Malik Ayub Sumbalın həmin məqaləsi İtaliyanın nüfuzlu “İl Nodo di Gordio” beyin mərkəzinin saytında da yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: