Amina Əl-Həcri: “Naxçıvan İslam Dünyasına yeni irs və mədəniyyət bəxş etdi”

167

NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvanda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı -2018”in bağlanış tədbiri olub. Tədbirdə iştirak edən İSESKO-nun baş katibinin müavini, xanım Amina Əl-Həcri Naxçıvanın bu adı layiqincə daşıdığını və İslam dünyasında özünəməxsus yeri, qədim tarixi olduğunu vurğulayıb. Jurnalistlərə açıqlamasında  xanım Amina Əl-Həcri deyib: “İSESKO-nun hansısa şəhərin İslam Mədəniyyətinin paytaxtı seçilməsi proqramı islam dünyası üçün çox vacib bir layihədir. Bu qədim tarixi olan islam şəhərləri üçün mühüm  hadisə sayılır. Layihənin  məqsədi qədim səhərlərin tarixini, islam mədəniyyətini  üzə çıxarmaq və onu  gənc  nəslə təbliğ etməkdir.  Biz gördük ki Naxçıvan  İslam dünyasında  zəngin islam  mədəniyyətinə sahib olan səhərlərdən  biridir. Onu daha yaxşı tanıdıq.  Bu layihə həm də  Şərqlə Qərb, Avropa ilə Asiya  arasındakı insanları  bir araya gətirir. Bu həm də iki qitə arasında paylaşım körpüsüdür. Beləliklə, biz bu tədbirə yekun vurduq. Bu dəfə İslam Mədəniyyətinin Paytaxtı seçilən zaman  İslam dünyasına, mədəniyyətinə gətirdiyi hər bir yenilik, yeni ənənə üçün Naxçıvana, onun rəhbərinə çox sağ ol deyirik.  Bu həm də bu şəhərin qədim tarixinin İslam dünyasına, mədəniyyətinə, irsinə  verdiyi ən gözəl töhfədir.  Bir daha hər kəsə qonaqpərvərlik üçün minnətdarıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: