Karate üzrə mövsümün sonuncu Liqa turnirində millimiz ilk medalını qazanıb

108

Yeniyetmə və gənclərdən ibarət karate üzrə millimiz İtaliyanın Venesiya şəhərində keçirilən mövsümün sonuncu Liqa turnirində ilk medalını qazanıb.

NUHÇIXAN xəbər verir ki, turnirin ilk günündə 16-17 yaşlı gənclərin yarışında ölkəmizi təmsil edən Əminağa Quliyev (61 kq) finaladək uğurla irəliləsə də, həlledici döyüşdə yerli idmançıya məğlub olaraq gümüş medalla kifayətlənib.

Dünya Karate Federasiyasının (WKF) bu ildən təşkil etdiyi Gənclər Liqası turnirinin yekun yarışında 12 idmançımız mübarizə aparır. Turnirə dekabrın 16-da yekun vurulacaq.

67 ölkədən 2 min 652 idmançının mübarizə apardığı yarış 2018-ci ildə Azərbaycan karateçilərinin iştirak etdiyi sonuncu beynəlxalq turnirdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: