Ordubadda aqrar sahədə görüləcək işlər müzakirə olunub

118

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ordubad rayonunun Sabirkənd kəndində “Payız-qış mövsümündə meyvə və üzüm bağlarında aparılacaq aqrotexniki tədbirlər və kənd təsərrüfatı texnikalarının saz vəziyyətdə olmasının əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Zamiq Babayev açaraq meyvəçiliyin inkişaf etdirildiyi Ordubad rayonunda gələcəkdə bol məhsulun əldə olunması üçün bağlarda aqrotexniki tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov payız-qış mövsümündə meyvə və üzüm bağlarında aparılacaq aqrotexniki tədbirlər haqqında geniş məlumat verib. Tədbirdə meyvə bağlarında, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq məqsədilə görülməsi zəruri olan tədbirlərdən də danışılıb.

Daha sonra Nazirliyin Texniki nəzarət və aqroservis sektorunun müdiri Valeh Mehdiyev çıxış edərək qeyd edib ki, torpaq mülkiyyətçilərinin kənd təsərrüfatı texnikası və avadanlıqlarına olan tələbatının ödənilməsi istiqamətində son illərdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən muxtar respublikaya 2400-ə yaxın, cari ilin ötən dövrü ərzində isə 300-dən çox texnika və texnoloji avadanlıq gətirilərək fermer və mülkiyyətçilərə lizinq yolu ilə icarəyə verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Mütəxəssislərin hazırladıqları buklet və informasiya kitabçaları torpaq mülkiyyətçilərinə təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: