Azərbaycan ilə NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb

113

Dekabrın 13-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin rəisi, general-leytenant Kris Uaytkross ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, nazir regiondakı hərbi-siyasi vəziyyət, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qonağa məlumat verib. General-polkovnik Z.Həsənov Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq proqramları, xüsusilə hərbi təhsil sahəsində fəaliyyətlərin vacibliyini vurğulayaraq, bu istiqamətdə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

General-leytenant K.Uaytkross Müdafiə Kollecinin fəaliyyəti barədə ətraflı məlumat verərək Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, göstərilən qonaqpərvərliyə, müxtəlif qurumlarda görüşlərin təşkilinə görə bütün heyət üzvləri adından minnətdarlığını bildirib.

Qonaq Müdafiə Kollecinin təşkil etdiyi kursların vacibliyini vurğulayaraq, bu cür səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: