Babək rayonunda müşavirə olub

408

NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətində qəsəbə və kəndlərdə torpaqların təyinatı üzrə istifadəsi, müahfizəsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.

Müşavirədə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov qeyd edib ki, rayonun qəsəbə və kəndlərində monitorinqlər aparılır, torpaqların təyinatı üzrə istifadəsi və onun mühafizəsi məsələləri aydınlaşdırılır. Monitorinqlər zamanı torpaqların qanunsuz olaraq zəbt olunması hallarına da rast gəlinir. Son vaxtlar rayonun Şıxmahmud, Xəllili, Aşağı Uzunoba və Yuxarı Uzunoba kəndlərində 5 halda torpaqlardan qanunsuz istifadə faktı aşkarlanıb. Bir sıra kəndlərdə həyətyanı sahələrə yaxın olan ərazilərdə bələdiyyə ilə müqavilə bağlamadan müxtəlif kənd təsərrüfatı bitkiləri əkilir. Uzun illər kəndlərdə  qanunsuz tikililər aparılıb ki, bu da torpaq qanunvericiliyinin tələblərinin pozulması deməkdir.

Müşavirədə rayon polis şöbəsinin rəisi Teymur Quliyev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında ” və rayon prokuroru Əsrafil Əsgərov isə torpaq üzərində mülkiyyət hüququnun pozulmasının hüquqi nəticələri  barədə məlumatlar veriblər.

Müşavirədə qeyd edilən məsələlər müzakirə  olunub. Bu sahədə qarşıda duran vəzifələr, torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsi sahəsində görüləcək işlərin səmərəliliyinin yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Əbülfəz Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: