Kəngərlidə seminar olub

165

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunda “Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul götürülməsində yeni texnologiyaların tətbiqi və torpaq xəritələrindən istifadənin əhəmiyyəti” mövzusunda  seminar keçirilib.                                            

Tədbirdə rayonun kənd təsərrüfatı məhsulları istehsalındakı rolundan və belə tədbirlərin torpaq mülkiyyətçilərinin maariflənməsi baxımından  əhəmiyyəti vurğulanıb. 

Seminarda mütəxəssislər “Dəmyə və sulu sahələrdə payızlıq taxılların şırım üsulu ilə əkini ən mütərəqqi üsuldur”, “Kənd təsərrüfatı bitkilərinin üzvü və mineral gübrələrlə qidalanmasının məhsuldarlığa təsiri”, “Torpaqlardan səmərəli istifadə qaydaları”  mövzularında çıxış ediblər. Torpaq kartoqramlarından istifadə  qaydaları haqqında ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, rayon üzrə ümumi torpaq sahəsinin 37.6 faizi əkinə yararlıdır.  

Tədbirdə  torpaq mülkiyyətçilərini maraqlandıran suallar da   cavablandırılıb.

Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: