Məktəbli qızlar voleybol yarışında güclərini sınayıblar 

105

NUHÇIXAN xəbər verir ki, Babək Rayon Gənclər və İdman İdarəsi, Babək Rayon Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası Babək rayon bölməsinin birgə təşkilatçılığı ilə Babək qəsəbə 1 nömrəli tam orta məktəbində “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin qız komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Olimpiya sistemi üzrə keçirilən birincilikdə 6 komanda mübarizə aparıb. Birinciliyin finalında Kərimbəyli və Payız kənd tam orta məktəblərinin komandaları qarşılaşıb. Oyun Kərimbəyli kənd tam orta məktəbinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Üçüncülük uğrunda mübarizədə isə Hacıvar kənd tam orta məktəbin komandası Zeynəddin kənd tam orta məktəbin komandasına 3:1 hesabı ilə qalib gəlib.  Sonda təşkilatçılar tərəfindən qalib komandalara diplom və voleybol topları, fərqlənən iştirakçılara isə fəxri fərmanlar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: