Fiziki imkanları məhdud şəxslər Naxçıvanda müalicə alırlar

124

Xəbər verdiyimiz kimi Bakı və Sumqayıt şəhərlərindən olan 44 nəfər məhdud fiziki imkanlı şəxs müalicə kursu keçmək üçün göndərişlə Naxçıvana gəlib.

NUHÇIXAN xəbər verir ki, bu gün qonaqlar muxtar republikadakı bir sıra müalicə mərkəzlərində olub, tibbi müayinələrdən keçiblər. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində onlar oynaq ağrılarından, dəri və digər xəstəliklərdən müalicə alıblar. Həmçinin Şorsu palçığının şəfasından da yararlanıblar.

Daha sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanasında müalicə kurslarına başlayıblar.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: