B12 vitamini insan sağlamlığı üçün ən vacib olan vitaminlərdən biridir.
B12 eritrositlərin (qan hüceyrələri) formalaşması, DNT-nin sintezi, sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.
B 12 vitamininin çatışmazlığının simptomları:
– yorğunluq
– zəiflik
– iştahın azalması
– çəkinin azalması
– depressiya
– yaddaşın pozuması
– dezorientasiya (şüurun qarışması)
– ağız boşluğunda və dildə acılar.
Bu vitaminin çatışmazlığı kimdə inkişaf edə bilər? Risk qrupuna bu insanlar daxildir:
– veqanlar
– pis qidalanan insanlar
– yaşlı insanlar (həzm sistemində qidalı maddələrin mənimsəmə proseslərinin zəifləməsinə görə)
– mədə-bağırsaq sistemində pozulmaları olanlar
– kəskin arıqlayan və ya mədə-bağırsaq sistemində əməliyyat keçirmiş insanlar
– bəzi dərman preparatlarını (məsələn, qıcqırmaya qarşı, metformin və s.) qəbul edənlər.
B12 vitamininin əsas mənbələri: ət və qaraciyər, yumurta, süd məhsulları, tərkibində çörək mayası olan məhsullar.