Avstriyalı startapçılar yeni növ günəş eynəkləri hazırlayıblar

103

Günəş eynəklərinin gözü günəş şüasından qorumağa xidmət etdiyi kiçikdən böyüyə hər kəsə məlumdur. Bir qrup avstriyalı startapçı tərəfindən hazırlanmış xüsusi eynəklərin funksiyası isə əskinə – insan gözünə günəş şüaları salmaq üçündür.

NUHÇIXAN xəbər verir ki, „Pocket Sky“ adlandırılan yeni eynəklər insan gözünə mavi şüalar saçır. Gün ərzində maksimal 20 dəqiqə istifadə edilməsi nəzərdə tutulan bu eynək yuxu pozğunluğu, günəşsiz qış günlərində depressiya (qış depressiyası), uzaq səfərlər zamanı saat qurşağını dəyişmə nəticəsində gecə-gündüz ritminin pozulması („jetlag”) və digər problemlərin aradan qaldırılması üçün nəzərdə tutulur.

Üç avstriyalı tərəfindən yaradılan startap ilk növbədə insanın „daxili saatı“nı nizamlamaq və günəş şüalarının imitasiyası ilə gündəlik ritmi tarazlamaq məqsədi daşıyır. LED panellərin saçdığı mavi işıq insan orqanizmində gecə-gündüz ritmini tarazlayan hormonların ifrazı üçün fotobioloji effektə təkan verə bilir. Müəlliflərin fikrincə, günün birinci yarısında bu eynəkdən istifadə ilə müvafiq nəticələri əldə etmək mümkündür.

Hazırda terapiya məqsədilə mavi işıq pasiyentlərə təqdim olunsa da, bu proses xüsusi müalicəxanalarda və böyük aparatların köməyilə həyata keçirilir. Startapçılar mavi işıq saçan LED eynəklər sayəsində bu imkanı geniş istifadəçi kütləsinə təqdim etmək niyyətindədirlər. Ayrıca LED və batareyalar vasitəsilə mavi işığı istənilən eynəyə yerləşdirmək də mümkün olacaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: