Milli Məclisin deputatları Fransada AŞPA komitələrinin iclaslarında iştirak edəcəklər

113

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyası komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 10-dan 15-dək Fransaya səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Parisdə keçiriləcək Siyasi işlər və demokratiya, Hüquqi işlər və insan haqları komitələrinin iclaslarında quruma üzv dövlətlərdə terrorizmə qarşı mübarizə, gender bərabərliyi üzrə dünya demokratik forumuna hazırlıq, demokratik seçki prosesi zamanı media azadlığının prinsipləri, referendum keçirilməsi sahəsində yeniliklər, təşkilatda prosedur qaydalardan sui-istifadə hallarının aradan qaldırılması və ekstradisiya şərtləri, üzv dövlətlərdə QHT-lərin fəaliyyəti və digər məsələlər müzakirə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: