Fransada “Avro-2020”yə hazırlıq üzrə işçi qrupunun beşinci görüşü keçirilib

83

Strasburqda Avropa Şurasının “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında” Konvensiyasının daimi komitəsinin nəzdində yaradılan “Avro 2020”yə hazırlıq üzrə işçi qrupunun beşinci görüşü keçirilib.

NUHÇIXAN xəbər verir ki, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Avro 2020”nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehdiyeva görüşdə iştirak edib.

Xatırladaq ki, oktyabrın 13-16-da Avropa Şurasının daimi komitəsinin nümayəndələri Bakıya səfər edərək Bakı Olimpiya Stadionuna baxış keçiriblər. Nümayəndələr aidiyyəti dövlət qurumlarının (Gənclər və İdman, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə, Dövlət Təhlükəsizliyi xidmətləri) təmsilçiləri ilə görüşlərində “Avro 2020”yə hazırlıq prosesi və digər əməliyyat prosesi barədə müzakirələr aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: