“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi ilə keçirilən ifaçılıq müsabiqəsi başa çatıb

124

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi ilə muxtar respublikada ilk dəfə keçirilən dram kollektivlərinin ifaçılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub.

NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edib, teatr binalarının yenidən qurulduğunu və ya əsaslı təmir olunaraq istifadəyə verildiyini bildirib.

Naxçıvanda teatr sənətinin inkişafına xidmət edən yaradıcılıq müsabiqələrinin əhəmiyyətindən danışan nazir diqqətə çatdırıb ki, dram kollektivlərinin ifaçılıq müsabiqəsinin seçim turunda 25 kollektiv, o cümlədən Naxçıvan şəhərindən 9, Ordubad rayonundan 6, Babəkdən 3, Şahbuzdan 3, Culfadan 2, Kəngərli və Sədərək rayonlarından 1 kollektiv iştirak edib. Dram kollektivlərinin ifaçılıq müsabiqəsinin seçim turunun birinci mərhələsi bu ilin oktyabrında Naxçıvan şəhərində və Ordubad rayonunda keçirilib. Bu seçim turunda Naxçıvan şəhərindən “Nur” və “Sabit”, Culfa rayonundan “Haçadağ”, Babək rayonundan “Gənclik” və “Səbinə”, Ordubad rayonundan “Gilançay” dram kollektivləri əsas tura vəsiqə qazana biliblər. Noyabrın 28-də isə Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində müsabiqənin əsas turu keçirilib. Münsiflər heyətinin qərarına əsasən Culfa rayonunun “Haçadağ” dram kollektivi I, Babək rayonunun “Səbinə” dram kollektivi II, həmin rayonun “Gənclik” dram kollektivi isə III yerə layiq görülüb.

Sonra ifaçılıq müsabiqəsində fərqlənmiş kollektivlər diplomlarla təltif olunublar.

Mükafatlandırma başa çatdıqdan sonra Naxçıvan Dövlət Uşaq Teatrı “Bu günün çay dəsgahı” tamaşasını təqdim edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: